Ana səhifə
26 Sentyabr 2018

İmtahandan az bal topladı, anasının gözü qarşısında intihar etdi

Qəbul imtahanında əldə edilən uğursuzluq növbəti dəfə insan faciəsi ilə nəticələnib.

Belə ki, mayın 13-də Sumqayıtda növbəti intihar hadisəsi qeydə alınıb. Ucnoqta.az xəbər verir ki. bu barədə Sputnik Azərbaycan-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat veriblər. Hadisə şəhərin 9-cu mikrorayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Q. özünü yaşadıqları evin 5-ci mərtəbəsindən aşağı atıb və hadisə yerindəcə keçinib.
İlkin araşdırma zamanı məlum olub ki, intihar, təqribən gündüz saat 16.00 radələrində baş verib. Bundan bir qədər əvvəl gənc oğlan II və III qruplar üzrə keçirilən qəbul imtahanında iştirak edəndən sonra evə qayıdıbmış. Abituriyent kifayət qədər bal toplamadığı üçün anası onu danlayıb. Bundan qəzəblənən gənc münaqişə zamanı evin eyvanına çıxaraq özünü aşağı atıb.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

 

 

Tarix
14 May 2018 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin