İsmayıllıya dolu yağıb- təsərrüfata ziyan dəyib

22:35 - 10 May 2018 - ÖLKƏ İÇİ

İsmayıllı rayonuna dolu yağıb.  Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, dolu, əsasən, rayonun Basqal və Köhnədaxar kəndlərinə düşüb.  Nəticədə meyvə ağaclarının çiçəyi və yarpağı tökülüb. Eyni zamanda kartof sahələrinə ziyan dəyib. Dolu yarım saata yaxın davam edib. 

Xəbər xətti