Şamaxıda 29 yaşlı qadın intihara cəhd edib

22:26 - 10 May 2018 - HADİSƏ

Şamaxıda intihara cəhd hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhəri, 28 May küçəsində baş verib. Həmin ünvanda yaşayan 1989-cu il təvəllüdlü Yolçuyeva Gülşən zəhər içərək özünü öldürmək istəyib. O, Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.  G. Yolçuyevanın intihara cəhd etməsinin səbəbləri araşdırılır.  

Xəbər xətti