Ötən il Azərbaycanın nəqliyyat sektoru 8,5% böyüyüb

Ötən il Azərbaycanda qeyri-neft sektorunda 2,7% artım olub. 

Bu barədə Dünya Bankının "Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə" (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update) adlı yeni hesabatında bildirilir. 

Sənədə əsasən, qeyri-neft sektorunda ən yüksək inkişafın olduğu sahə nəqliyyat olub ki, burada da 8,5%-lik artım qeydə alınıb. İnformasiya texnologiyaları sektorunda 6,6%, turizmdə 5,9%, kənd təsərrüfatında isə 4,2% artım qeydə alınıb.

"Neftin ucuzlaşması ümumi daxili məhsulun (ÜDM) 5% azalmasına səbəb olub. İllik inflyasiya 2016-cı ildəki 15,6%-dən 2017-ci ildə 7,9%-ə düşüb. Qiyməti ən çox artan qida məhsulları olub ki, burada da bahalaşma 9,4% təşkil edib. report

Tarix
8 May 2018 [20:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin