Ana səhifə
22 Sentyabr 2018

Ziyafət Əsgərov: “Avropa demokratiyadan danışır, amma ..."

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu deyilən bir qrupu bizə sırıdılar. Bu gün Minsk qrupu heç bir iş görmür. Onlar Ermənistana, Azərbaycana gəlirlər, gedirlər. Amma nə olsun? Nəticə yoxdur, çünki istək yoxdur”. Bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, dəfələrlə deyilib ki, Dağlıq Qarabağ probleminə beynəlxalq hüququn prizmasından yanaşılsaydı, bu cür problemlər yaranmazdı: “Avropa demokratiyadan danışır, amma işə gələndə demokratiya yoxdur. Mən Avropadan demokratiya istəyirəm”. Z.Əsgərov Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu bir daha nəzərə çatdırıb: “Ermənilər həmişə Dağlıq Qarabağ haqqında danışanda deyirlər ki, guya 1921-ci ildə Dağlıq Qarabağ Stalinin qərarı ilə Azərbaycanın tərkib hissəsinə verilib. Həmin vaxt heç Stalin hakimiyyətdə olmayıb. Belə olan halda bu, necə mümkün ola bilər?! Tarixlə də sübuta yetirilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Məsələnin həllinin çox sadə yolu var. Bəs onda problem nədir? Bu problem 30 il də davam etməlidir?! Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. 50 ildən sonra qayıdacaqlar? Məsləhət vermək çox asandır, amma siz o reallığı yaşamırsıınız!”. Trend
Tarix
8 May 2018 [11:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin