"Real" - "Liverpul" final matçının hakim təyinatları açıqlanıb

16:11 - 7 May 2018 - İDMAN

Çempionlar Liqasının "Real" - "Liverpul" final matçının hakim təyinatları açıqlanıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, matçı Serbiya Futbol Federasiyasından Milorad Maziç idarə edəcək. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç kömək edəcəklər. Nenad Cokiç və Danilo Qruyiç əlavə köməkçi hakim təyin ediliblər. Fransalı Klemen Topren isə ehtiyat hakim olacaq.

Mayın 26-da Kiyevdə keçiriləcək həlledici qarşılaşma Bakı vaxtı ilə 22:00-da baş tutacaq.

Xəbər xətti