Sabirabadda fəhlələri daşıyan traktor aşıb: 5 nəfər ölüb

10:07 - 7 May 2018 - HADİSƏ

Sabirabad rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində baş verib. Belə ki, fəhlələri tarlaya aparan traktor aşıb. Nəticədə traktorun qoşqusunda olan 5 nəfər ölüb. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti