İnyesta "Barselona"dan ayrılır

16:34 - 27 Aprel 2018 - İDMAN

"Bu, komandada son mövsümümdür"

 İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyesta mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu mətbuat konfrasında klubla vidalaşacağını deyib: "Mən "Barselona"dan ayrılacağımı rəsmi şəkildə elan etmək istəyirəm. Bu, komandada son mövsümümdür. Uzun müddət düşündükdən sonra bu qərarı qəbul etdim".

Qeyd edək ki, Andres İnyesta "Barselona" yetirməsidir. Yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 2002-ci ildə debüt edib. O, klubu ilə 8 İspaniya çempionu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 UEFA Superkubokunun qalibi olub. 

Xəbər xətti