Türkiyədə İŞİD əmiri həbs edildi

21:08 - 27 Aprel 2018 - DÜNYA

Türkiyənin İzmir şəhərində keçirilən anti-terror əməliyyatı zamanı 3 terrorçu saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı İŞİD-in Suriyada Deyr-Əz-Zor bölgəsi və yaxın ərazilərin əmiri hesab edilən K.E.H. həbs edilib.

Həbs edilən əmirin 2017-ci il dekabrın 14-də Suriyada Şaidat qəsəbəsində 700 nəfərin öldürülməsində iştirak etdiyi iddia olunur. Onun, eyni zamanda İŞİD lideri Əbubəkr əl-Bağdadinin xələfi kimi göstərilən Səddam Cəmalın yaxın qohumu olduğu bildirilir.

K.E.H.-nın Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlarından sonra qaçaraq M.M. və Ö.M. ilə birlikdə Türkiyəyə gəldiyi qeyd olunur. Hazırda terrorçular istintaq altındadırlar.

Xəbər xətti