Sabunçuda 3 ədəd notbuk və seyf oğurlayan 2 nəfər saxlanılıb

15:51 - 26 Aprel 2018 - Xəbər

Sabunçuda inzibati binadan seyf oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə rayon ərazisindəki inzibati binaların birindən 3 ədəd notbuk və içərisində 2275 manat pul olan seyfin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilib.
13-cü Polis Bölməsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Hüseynov və Vüsal Kərimli saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti