Ağsuda şagird məktəbin bufetində qidadan zəhərlənib

11:17 - 26 Aprel 2018 - Xəbər

Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib. 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti