Ana səhifə
12 Dekabr 2018

"ShamkirChess 2018": Bu gün Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov qarşılaşacaq

 Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VII turun görüşləri keçiriləcək.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hesabat turunda Azərbaycanın iki qrossmeysteri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək. Rauf Məmmədov ağ fiqurlarla hollandiyalı Aniş Giri ilə görüşəcək. Yarışın bolqarıstanlı lideri Veselin Topalov qara fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

"Shamkir Chess 2018”
VII tur
26 aprel

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)
David Navara (Çexiya) - Dinq Liren (Çin)
Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya)
Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan)
Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, ilk 6 turdan sonra Veselin Topalov 4 xalla vahid liderdir. Aniş Giri və Maqnus Karlsen 3,5 xalla 2-3-cü yerləri bölüşdürürlər. Teymur Rəcəbov, Rauf Məmmədov, Dinq Liren və Sergey Karyakin hərəyə 3 xalla 4 - 7-ci pillələrdə qərarlaşıblar. Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek 2,5 xalla 8-9-cu, David Navara isə 2 xalla sonuncu sırada yer alıb.

Tarix
26 Aprel 2018 [10:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin