Ana səhifə
23 Oktyabr 2018

Tikintiyə icazələrin verilməsi prosedurlarının sayı azalıb

“Tikintilərə icazələrin alınması” indikatoru üzrə biznes mühitinin yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq 10-a endirilib. Ucnoqta.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə mərkəzin icraçı direktoru Vüsal Qasımlı Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) 30-a yaxın tikinti şirkətinin rəhbərləri ilə görüşdə deyib. V.Qasımlı “Doing Business” hesabatında “Tikintilərə icazələrin alınması” indikatoru üzrə Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar barədə çıxış edib. Bildirilib ki, aparılan sistemli iqtisadi islahatlar nəticəsində “Tikintilərə icazələrin alınması” indikatoru üzrə biznes mühitinin yaxşılaşdırılması üçün tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi prosedurlarının sayı azaldılaraq 10-a endirilib. Tikinti obyektlərinin tikinti layihəsi ekspertiza tələb olunan və tələb olunmayan obyektlərə ayrılıb və ekspertizası tələb olunmayan obyektlərin siyahısı genişləndirilib. Həmçinin bu istiqamət üzrə texniki şərtlər “Bir Pəncərə” prinsipi ilə sadəcə bir sorğu vasitəsi ilə “ASAN Kommunal/Xidmət” mərkəzlərində əldə olunur. BŞİH-nin Baş Memarı Akif Allahverdiyev bildirib ki, meriyada “Tikintilərə icazələr üzrə Bir Pəncərə”də sənədlər qəbul edilir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinin saytından sahibkarların elektron qaydada tikinti icazələri üçün müraciət etməsinə imkan yaradılıb. Tikinti sahəsində çalışan sahibkarlar Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatlar nəticəsində yaradılmış şəraitə görə razı olduqlarını bildiriblər. Görüşdə islahatların davam etdirilməsi üçün tikinti şirkətlərinin səmərəli təklifləri nəzərə alınıb. Xüsusilə vurğulanıb ki, biznes mühitinin digər istiqamətlərində də aparılan iqtisadi islahatlar, infrastrukturun yaxşılaşdırılması və dövlət dəstəyinin genişləndirilməsi sahibkarlığın inkişafı üçün münbit şərait yaradır.
Tarix
25 Aprel 2018 [20:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin