Məşhur hollandiyalı futbolçunun milli komanda ilə vidalaşacağı tarix açıqlanıb

23:46 - 23 Aprel 2018 - İDMAN

Hollandiya Futbol Federasiyası Uesli Sneyderin son dəfə milli komandada çıxış edəcəyi tarixi açıqlayıb. 34 yaşlı futbolçu sentyabrın 6-da Peru ilə yoldaşlıq matçında yığmada son oyununu keçirəcək. Hazırda Qətərin Əl-Qarafa klubunda çıxış edən yarımmüdafiəçi 2003-cü ildən Hollandiya milli komandasında çıxış edir. O həmçinin yığmada ən çox oyun keçirən futbolçudur.  Qeyd edək ki, Sneyder milli komandanın heyətində 133 oyunda meydanda olub və 31 qola imza atıb.  Report

Xəbər xətti