Ramiz Mehdiyev: "Prezident gənc kadrları irəli sürür və onlara böyük etimad göstərir”

17:28 - 23 Aprel 2018 - Xəbər

“Bu gün də rəhbər vəzifələrə təyinatlar olacaq”.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə açıqlamasında deyib. O qeyd edib ki, prezidentin məqsədi ondan ibarətdir ki, nazir vəzifələrinə, ümumiyyətlə isə rəhbər vəzifələrə gənc və bacarıqlı, güclü mütəxəssislər, xarici dilləri bilənlər və  müasir tipli kadrlar təyin olunmalıdır:

"Bunları da cənab prezident həyata keçirir.  Bu gün də təyinatlar olacaq. Bu təyinatlara baxıb görəcəksiniz ki, cənab prezident gənc kadrları irəli  sürür və onlara böyük etimad göstərir”.

Xəbər xətti