Ana səhifə
26 May 2018

Yeni Baş nazir vəzifəsinin icrasına başlayıb

 Azərbaycanın yeni Baş naziri Novruz Məmmədov vəzifəsinin icrasına başlayıb.Nazirlər Kabinetinin Aparatı həmişəki qaydada hökumətin funksiyalarını icra etməkdə davam edir.

Bundan başqa, Baş nazirin müavini Hacıbala Abutalıbov da vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirə olunub. Müzakirələrdən sonra parlament səsvermə ilə N.Məmmədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib. Daha sonra isə Prezident İlham Əliyev sərəncam imzalayaraq N.Məmmədovu Baş nazir təyin edib. report

Tarix
23 Aprel 2018 [15:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin