Ermənistanda tələbələr dərsləri boykot edərək etiraz aksiyalarına qoşulublar

11:54 - 23 Aprel 2018 - Xəbər

 Ermənistanın ali təhsil müəssisələrinin tələbləri aprelin 23-dən tətil elan edərək dərslərə girməyiblər. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar müxalifətin keçirdiyi etiraz aksiyalarına qoşulublar.

Tələbələr müəllimləri də etiraz yürüşünə qoşulmağa çağırıblar.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb və deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.

Xəbər xətti