Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - Siyahı

19:13 - 21 Aprel 2018 - Xəbər

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib. Yeni tərkibdə aşağıdakı şəxslər yer alıblar: 1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov; 2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov; 3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov 4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov; 5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov; 6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov; 7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov; 8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev; 9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov; 10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov; 11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev; 12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov; 13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov; 14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov; 15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə; 16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov; 17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev; 18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev; 19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev; 20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev; 21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov. Qafqazinfo

Xəbər xətti