İnam Kərimov ASAN Xidmətin sədri vəzifəsində azad edilib- Sərəncam

19:08 - 21 Aprel 2018 - Xəbər

İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: "İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilsin". Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər xətti