İlham Əliyev Corc Buşa başsağlığı verib

15:09 - 19 Aprel 2018 - Xəbər

Prezident İlham Əliyev ABŞ-ın 41-ci Prezidenti Corc Buşa başsağlığı verib.

Başsağlığında deyilir: 

"Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

Xəbər xətti