Ukraynada Azərbaycan vətəndaşı qadın alveri ittihamı ilə həbs edilib

14:53 - 19 Aprel 2018 - Xəbər

 Ukraynanın Kiyev şəhərində Şevçenko rayon polisi Azərbaycan vətəndaşını insan alveri ittihamı ilə saxlayıb.

Rayon məhkəməsi 1990-cı il təvəllüdlü Abbasov Orxan Əfqan oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

O.Abbasov Ukraynadan xaricə kütləvi şəkildə qadın eskort etməkdə ittiham olunur. O isə irəli sürülən ittihamla razılaşmayaraq, hüquqi yardım tələb edib.

Xəbər xətti