“Azərbaycan hökuməti miqrantların hüquqlarının qorunması istiqamətində iş aparır”

18:20 - 19 Aprel 2018 - KİVDF

Əcnəbilərin ölkəyə artan marağı Azərbaycanın davamlı və dayanıqlı inkişafının məntiqi nəticəsidir

Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Bunu Dövlətt Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib. Onun sözlərinə görə, Dövlət Miqrasiya Xidməti milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə də nəzarət gücləndirilir. Bu istiqamətdə  2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə imzalanmış “BP Eksploreyşn (Kaspian Si) Ltd şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”da neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarətin gücləndirilməsi prioritet olaraq müəyyən olunmuşdur. 2014-2018-ci illəri əhatə edən plana uyğun olaraq milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı 78 %-dən 90 %-dək yüksəldilmiş, 2018-ci ilə bu sahədə milli kadrların 95% təşkil etməsi hədəf olaraq müəyyən olunmuşdur.

Xidmət rəisi bildirib ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi  2016-cı il 15 fevral tarixdə  Dövlət Miqrasiya Xidməti yanında Apellyasiya Şurası yaradılıb, şuranın və katibliyinin tərkibi, o cümlədən əsasnaməsi təsdiq olunub.  Şuraya müraciətlərin elektron qəbulu təşkil edilib.Ümumiyyətlə əməkçi miqratlarının hüquqları qorunur. Qeyd edək ki, Miqrasiya Məcəlləsinin 75-ci maddəsi ilə  əməkçi miqrantların hüquqları tənzimlənir. Məsələn, bu maddə bildirilir ki,  Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əməkçi miqrantlara əmək şəraiti ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər tətbiq edilir və onların əməyinin ödənilməsi qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş qaydada həyata keçirilir. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı bu Məcəllədə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. O Vəfat etdikdə, onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs əməkçi miqrantın cənazəsinin daimi yaşadığı ölkəyə göndərilməsini təmin edir. İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə isə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Firudin Nəbiyev bildirib ki, insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti və vətəndaşların dövlət qarşısında məsuliyyətini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə və digər hüquqi normativ aktlara bir sıra dəyişikliklər edilib. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununda dəyişikliklər edilməsi barədə 2014-cü il 30 may tarixli Qanuna və həmin Qanunun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2014-cü il 27 iyun tarixli fərmanına əsasən Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən olunub. Daha sonra isə sözügedən fərmanın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib. Azərbaycan Nazirlər Kabineti "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nı təsdiq edib. Bu Qayda "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanıb. Qaydaya əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Bundan əlavə, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla), valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduqda (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla), valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olduqda, valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduqda aparılır.
Sözügedən Qayda hazırlanarkən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli konvensiyanın və digər beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər əsas istiqamətlər kimi qeyd olunub.

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq  işlər görülüb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 1871 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 58 nəfər isə bərpa edilib. Xaricdə yaşayan və xarici ölkələrin vətəndaşlığını qəbul etmək üçün müraciət edən  azərbaycanlıların sayında artım müşahidə olunur. Bəs əcnəbilər Azərbaycan Respublikasının vətəndaşlığını hansı şərtlərlə qəbul edə bilərlər?  Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov  əcnəbilərə Azərbaycan vətəndaşlığının qanunla tənzimlənmiş müəyyən hallarda verildiyini qeyd edib:““Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 5-ci maddəsində göstərilir: “Son 5 il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan Azərbaycan Respublikasının Konstutsiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən və digər şərtlərə cavab verən şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər”.

Təbii ki, 5 illik şərtdən kənar hallar da ola bilər. Məsələn, şəxsin mədəniyyət, idman və ya müxtəlif sahələrdə yüksək naliyyətləri olduqda və ya şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda vətəndaşlıq üçün müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun bu göstəriciləri dəyərləndirilməli və əsaslandırılmalıdır. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası da var ki, burada həmin əsəslandırmaya baxaraq şəxsə vətəndaşlıq verilir”. Azər Allahverənovun sözlərinə görə, 2013-2016-cı illər və 2017-ci ilin 1-ci yarımilində ümumilikdə 1233 nəfər şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. "Bunlardan 797 nəfər vətəndaşlığı olmayan şəxs olub. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş şəxslərin 671 nəfəri kişi, 562 nəfəri isə qadınlar təşkil edib".
Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1341 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 38 nəfəri vətəndaşlığı olmayan şəxslərdir. Dövlәt Miqrasiya Xidmәti (DMX) rәisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pәrviz Musayev Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışı zamanı  is’ bildirib ki, 2017-ci ilin 11 ayı ərzində isg 38020 nəfərə müvəqqəti, 2752 nəfərə daimi yaşama icazələri verilib. P.Musayev qeyd edib ki, 378-i vətəndaşlığı olmayan şəxs olmaqla 573 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib: “3 nəfər ərizəçiyə, ailə üzvləri ilə birlikdə 8 nəfərə qaçqın statusu verilib. Ümumilikdə, 67 şəxs qaçqın statusu ilə Dövlət Miqrasiya Xidmətində qeydiyyatındadır. Onlardan 44 nəfər ərizəçi, 23 nəfər isə ərizəçinin ailə üzvləridir. 10 min nəfərdən çox əcnəbinin könüllü öz ölkələrinə qayıtmaları təmin edilib”.

 

Xəbər xətti