Hindistanda yük maşını körpüdən aşıb: 20 ölü, 30 yaralı

10:55 - 18 Aprel 2018 - DÜNYA

Hindistanın mərkəzində yerləşən Madxya-Pradeş əyalətində yük avtomobilinin körpüdən aşması nəticəsində azı 20 nəfər ölüb, 30 nəfər yaralanıb. “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsinin rəsmisi bildirib.

Hadisə aprelin 18-də gecə saatlarında baş verib.

Avtomobildə olanlar toya gedirmişlər. İlkin məlumata əsasən, körpünün üstündə sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.

Polis ölənlərin sayının artacağını istisna etməyib. 

Xəbər xətti