Yer qədimdə buz altında olub

23:57 - 17 Aprel 2018 - MARAQLI

Geofiziklər belə nəticəyə gəliblər ki, 2,4 milyard il bundan əvvəl Yerin səthində temperatur mənfi 40 dərəcədən yüksək olmayıb.

Alimlər bu nəticəyə Çində qədim buzlaqda tapılmış 700 milyon il yaşı olan süxurla, Rusiyanın şimal-qərbində tapılmış 2,4 milyard yaşı olan süxuru öyrənməklə gəliblər.
Hazırda Yerin səthində orta temperatur 30 dərəcədir. Alimlər qeyd edirlər ki, milyard il bundan əvvəl  planetdəki ekstremal şərait orqanizmin təkamülünə ola bilsin təkan verib.
Yerdə qədim zamanlarda bu cür şəraitin olması alimlərdə su olan soyuq ekzoplanetlərdə həyatın olmasına inam yaradır. 

 

Xəbər xətti