Avstraliyada vertolyot qəzası baş verib

18:51 - 17 Aprel 2018 - DÜNYA

 

Avstraliyanın cənub-şərqində vertolyot qəzası baş verib. Trend-in məlumatına görə, qəzaya uğrayan vertolyot Kostsyuşko milli parkında yerə düşüb.

Məlumata görə, göyərtəsində 3 nəfər olan vertolyot yerə düşdükdən sonra alışıb. Qəza nəticəsində 1 nəfərin - pilotun yaralandığı bildirilir. Digər 2 nəfərin taleyi ilə bağlı məlumat verilməyib.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Xəbər xətti