Nə üçün taxt-tac varisi Uels şahzadəsi adlanır?

22:45 - 16 Aprel 2018 - MARAQLI

1301-ci ildə kral I Eduard “Uels şahzadəsi” titulunu təsis etməsindən sonra taxt-tac varisi belə adlanır.

I Eduard 1277-1283-cü illərdə müstəqil Uelsin işğalını başa çatdırdıqdan sonra 1284-cü ildə Uelsdəki Karnarfon qəsrində anadan olmuş oğlu Eduardı Uels şahzadəsi elan edib. Bu titulun verilməsi vərəsəlik əsasında deyil və yalnız monarxın istəyi ilə müəyyən edilə bilər. 1969-cu ili iyunun 1-də Karnarfon qəsrində Şahzadə Çarlz “Uels şahzadəsi” elan edilib.  Hazırda o, II Yelizavetadan sonra taxt-taca birinci namizətdir.

 

Xəbər xətti