Ana səhifə
22 İyul 2018

Nadir “Ferrari” 32 milyon avroya satıldı – FOTOLAR

“335 Sport Scaglietti” Ferrari zavodundan çıxmış dörd modeldən biridir

1957-ci ildə istehsal edilmiş Ferrari yarış avtomobili Parisdə keçirilmiş hərracda 32 milyon avroya satılıb. Qırmızı 335 Sport Scaglietti 1958-ci ildə Kuba Grand Prix-sinin qalibi olub və Le Mans 24 Saat yarışında dövrə rekordunu qırıb. Maşın, o dövrün ən məşhur sürücüləri tərəfindən idarə olunub. Artcurial Motorcars hərrac evinin direktoru Matthieu Lamoure bildirib ki, bu, bir avtomobil üçün avro ilə dünya rekordudur. 335 Sport Scaglietti Ferrari zavodundan çıxmış dörd modeldən biridir. Maşının yeni sahibi, sadəcə olaraq “beynəlxalq alıcı” kimi təqdim olunub.

Həmişə “Ferrari” maşınlarına böyük təlabat olub. Məsələn, 2014-cü ildə Ferrari 250 GTO (Gran Turismo seriyası) avtomobili 28,5 milyon avroya satılmışdı. Bu modeldən olan 36 avtomobil 1962-ci ildən 1964-cü ilədək, iki il ərzində istehsal olunub. 2008-ci ildə onlardan biri Samsung Electronics sədri Li Kun-Hiyə məxsus olub. Sonra hərracda 15.700.000 funt sterlinqə satılıb. Maraqlıdır ki, Ferrari 250 GTO zavoddan çıxanda qiyməti cəmi 18 min dollar olub. 1988-ci ildə  bu avtomobillərdən biri hərracda 2 milyon dollara satılıb. Bir il sonra isə yeni alıcı artıq avtomobilə 14 milyon 600 min dollar ödəyib. Görünür böyük məbləğdə pul ödəmək varlılar üçün bir hobbi halına gəlib.

Yarış avtomobili Ferrari 250 Testarossa da varlıların marağı böyükdür. Bu modeldən olan avtomobillər 1957-ci ildə, cəmi 1 il  buraxılıb. Nəzərdə tutulan dövrdə 22 maşın istehsal olunub. Bu avtomobillərdən biri Sotheby's hərracında12 milyon dollara satılıb.

Ferrari 250 GT Spyder California SWB avtomobilləri 60-cı illərin 10 ən yaxşı yarış avtomobilləri siyahısında olub. 2004-ci ildə bu avtomobillərdən biri 6 milyon 400min avroya satılıb.

Tarix
16 Aprel 2018 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin