Ana səhifə
19 İyul 2018

“Dəlixanada qətl” pyesinə ictimai baxış keçirlib

ADGTT-da yeni tamaşaya ictimai baxış keçirildi

Aprelin 13-də ADGTT-da dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş isveç yazıçısı Fridrix Dürremattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşaya ictimai baxış keçirlib. Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tamaşanın rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Tamaşada əsas obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Sövqü Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Ramil Məmmədov, Aygün Fətullayeva, Müşfiq Əliyev, Kərəm Hadızadə, Güşvər Şərifova, Mirzə Ağa Mirzəyev, Rövşən Abbasov, Məhərrəm Musayev, Elgün Yəhyayev və başqaları  canlandırır. 

 Tamaşa  2018-ci il may ayının 26-da teatrsevərlərin ixtiyarına veriləcək.

 

Tarix
13 Aprel 2018 [16:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin