ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

09:20 - 11 Aprel 2018 - DÜNYA

ABŞ Konqresinin sənədlər bazasında yeni antirus sanksiyalarla bağlı qanun layihəsinə baxılır. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə Vaşinqton Rusiyanın dövlət borcu ilə əlaqədar maliyyə əməliyyatlarını dayandırmaq niyyətindədir. Rusiya KİV-lərinin yaydığı məlumatda o da qeyd edilir ki, sanksiyalar qiymətli kağızlara da öz təsirini göstərə bilər. Yeni sanksiyaların 60 gün ərzində qüvvəyə minəcəyi gözlənilir. Xatırladaq ki, ötən cümə Vaşinqton 7 rus sahibkar, 14 kompaniya və 17 məmura qarşı sanksiya tətbiq edib.

Xəbər xətti