ABŞ-dan 38 rusiyalı oliqarxa yeni sanksiyalar

00:14 - 7 Aprel 2018 - DÜNYA

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, 38 rusiyalı iş adamına və rəsmi şəxsə, eləcə də 15 quruma qarşı yeni sanksiyalar tətbiq olunub.

Siyahıda Oleq Deripaska, Mixail Fradkov, Sergey Fursenko, Andrey Kostin, Viktor Vekselberq, Kirill Şamanov, Süleyman Kərimov kimi tanınmış iş adamlarının, "Qazprom"un rəhbəri Aleksey Miller, daxili işlər naziri Vladimir Kolokoltsev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federasiya Şurasının komitə sədri Konstantin Kosaçov və digər şəxslərin adları var.

Xəbər xətti