Elmar Məmmədyarov Qabonun XİN başçısını qəbul edib

11:42 - 6 Aprel 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində Qabon Respublikasının xarici işlər naziri  Noel Nelson Messoneni qəbul edib

Ucnoqta.az XİN-ə istinadən xəbər verir ki, qabonlu nazir ölkəmizdə olmasından məmnunluğunu bildirdi və Qoşulmama hərəkatı xarici işlər nazirlərinin iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Ölkələr arasında münasibətlərin dərinləşdirilməsi məqsədilə nazirlər qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlərin və xarici işlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin vacibliyini vurğulayıblar.
Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyi barədə məlumat verib. 

Görüş zamanı həmçinin, iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. 

Görüş zamanı Afrika İttifaqı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Xəbər xətti