Ana səhifə
19 Noyabr 2018

XİN başçısı: "Ermənistan işğal etdiyi ərazilərdə İslam dininə aid maddi-mədəni və dini irsi talan edib"

Xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində İraqın xarici işlər nazirinin müavini Said Şorş Xalidi qəbul edib.

Ucnoqta.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən iraqlı nazir müavini Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakı toplantısının yüksək səviyyədə təşkilini xüsusilə vurğulayıb. 

Qoşulmama Hərəkatının Bakı toplantısının beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında töhfə verəcəyini qeyd edən Said Şorş Xalidi ölkəmizin 2019-2022-ci illərdə NAM-auğurla sədrlik edəcəyinə əminliyini söyləyib. 

İki ölkə xalqlar arasında tarixən mövcud olan dostluq əlaqələrinin mövcud olduğunu bildirən tərəflər bir sıra sahələrdə, xüsusilə turizm və təhsil sahəsində əməkdaşlığın inkişafında əhəmiyyətli nailiyyətlərin nəzərə çarpdığını xüsusilə qeyd edib.

İraqlı nazir müavini Azərbaycanda mühüm inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin olunduğunu, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına və İslam dininə aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verdi.

Görüş zamanı həmçinin İƏT, NAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Tarix
5 Aprel 2018 [17:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin