Gürcüstan vətəndaşı Bakıda yol qəzasında ölüb

13:20 - 4 Aprel 2018 - HADİSƏ

Gürcüstan vətəndaşı Bakıda yol qəzasında ölüb.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 3-də saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Gürcüstan vətəndaşı Tamaz Dolidze idarə etdiyi “MAN” markalı avtomobili yolun kənarında dayanmış Salyan rayon sakini Elməddin Babayevə məxsus “KamAZ” markalı avtomobilə vurub. Nəticədə T.Dolidze hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti