Ana səhifə
24 Sentyabr 2018

Valverde "Roma" ilə oyunöncəsi Messinin durumundan danışdı

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında doğma meydanda İtaliyanın "Roma" komandası ilə görüşdə iştirak edəcək. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde "Futbol İtalia"ya açıqlamasında məlumat verib. O həmçinin Serxio Busketsin də sabahkı qarşılaşmada oynamaq ehtimalının olduğunu vurğulayıb: "Messi "Roma"ya qarşı oynayacaq. O, əvvəlki günlərə nisbətən özünü daha yaxşı hiss edir. Busketsin iştirakı isə sual altındadır. Buna sabah qərar verəcəyik. Hər ikisi bizim əsas futbolçularımızdır". Qeyd edək ki, "Barselona" - "Roma" matçı aprelin 4-ü Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək. 
Tarix
4 Aprel 2018 [00:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin