Ana səhifə
17 Noyabr 2018

XİN: Azərbaycanın əsas prioriteti Qoşulmama Hərəkatının prinsiplərini təşviq etməkdir

"Azərbaycanın əsas prioriteti Qoşulmama Hərəkatının təməl və prinsiplərini, məqsəd və məramlarını beynəlxalq səviyyədə, o cümlədən, Avropa qitəsində təşviq etməkdir".

Bunu XİN-in mətbuat xidməti Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan həm də beynəlxalq münasibətlərdə qanunun aliliyinə əsaslanan münasibətlərin formalaşması, Bandunq prinsiplərinə hörmət kimi məqsəd və məramların təşviqinə çalışacaq: "Bu gün də beynəlxalq münasibətlərdə gərginlik mühiti artmaqdadır və bu halda Qoşulmama Hərəkatının vacibliyi özünü təsdiqləyib".

"Qoşulmama Hərəkatının bəyanatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məxsusi qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri, ərazi bütövlüyü və suverenliyi dəstəklənir və məhz BMT Təhlükəsizlik şurasının qətnamələri əsasında həllinə çağırış edilir. Əvvəlki sammitdə və XİN rəhbərlərinin toplantısında belə bir bənd də qəbul edilib. Builki toplantı çərçivəsində də bu məsələ müzakirə olunacaq. Çünki bu hərəkatın təməlində beynəlxalq sülh və təhlükəsizlik məsələləri, münaqişələrin həll edilməsi və onların həllinə müsbət töhfə verilməsi fundamental maraq kəsb edən məsələlərdən biridir", - deyə H. Hacıyev əlavə edib.publika.az

Tarix
3 Aprel 2018 [10:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin