Deputat: Aprel döyüşləri göstərdi ki, işğal altındakı torpaqları azad etmək imkanına malik güclü ordumuz var

10:52 - 2 Aprel 2018 - SİYASƏT

“Ermənistanın 2016-cı ilin aprel ayındakı təxribatlarına cavab olaraq Milli Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var”. Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyevin sözlərinə görə, bu döyüşlər göstərdi ki, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, regionda söz sahibidir, istədiyi an öz torpaqlarını erməni işğalından azad etməyə qadirdir: “Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı, lakin aprel döyüşləri bu mifləri darmadağın etdi, Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında nə qədər gücsüz olduğunu göstərdi”. Deputat bildirib ki, bu döyüşlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi: “Ermənistan və onun havadarları bir daha anlamış oldu ki, Azərbaycan istənilən an öz torpaqlarını hərbi yolla azad edə bilər”.

Xəbər xətti