Goranboyda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

22:01 - 1 Aprel 2018 - HADİSƏ

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan motosikletin minik avtomobili ilə toqquşması nəticəsində motosikletin sürücüsü rayonun Kəpənəkçi kənd sakini 1966-cı il təvəllüdlü Abdullayev Asif İnşallah oğlu ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.  Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.   Faktla araşdırma aparılır. 

Xəbər xətti