Xalq artistinin klipi qalmaqala səbəb oldu- Video

16:12 - 29 Mart 2018 - MAQAZİN

Xalq artisti Aygün Kazımovanın bu gün "Hardasan" adlı mahnısına çəkilən klipini təqdim etməsi yeni qalmaqala səbəb olub. 

 

Ucnoqta.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova bu mahnını 10 il əvvəl özünün ifa etdiyini və bəstəyə görə pul xərclədiyini bildirib. 

Mahnının bəstəkarı İsmayıl Əsədov isə Rəqsanə İsmayılovanın bu sözlərinə qarşılıq verib. O, sənətçini  bəstəsinə qarşı biganəlikdə qınayıb. Bundan başqa həmin mahnını lazımi şəkildə təbliğ etmədiyindən və sevdirə bilməməsindən bu mahnını Aygün Kazımovaya verdiyini bildirib:
 

"Mahnının müəllif hüquqları var. Bu hüquqlar kimə aiddirsə, seçimini özü edə bilər. Hazırda mahnının bütün hüquqları məndədir. Rəqsanə xanım bu mahnını 10 ildir ki, heç yerdə səsləndirmir. Belə olduğu halda, əgər bir əsər 10 il efirə çıxmayıbsa, müəllifin hüququ var ki, onu başqasına versin. İllər əvvəl oxuduğun mahnını 2 həftə əvvəl “Youtube”a qoyarlar? Düzdür, ödəniş olunub. Amma bu ödəniş bizə yox, mahnının aranjımanına olunub. Aygün Kazımova isə musiqini yeni aranjımanda ifa edib.  Məqsədimiz bu mahnını yaşatmaqdır”. 

 

Xəbər xətti