"Qəbələ" klubu Rauf Əliyevlə müqavilə bağlayıb

23:13 - 28 Mart 2018 - İDMAN

 “Qəbələ” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, “qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıb.

29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər "Qəbələ"də çıxış edəcək.

Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014-2015), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarının da formasını geyinib. Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

Xəbər xətti