Ana səhifə
19 Noyabr 2018

Şəhriyar Məmmədyarov qələbə qazandı

Bu gün şahmat üzrə İddiaçılar Turnirinin 13-ci turu keçirilib. Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda Rusiya təmsilçisi Aleksandr Qrişükla görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bu Məmmədyarovun turnir çərçivəsində üçüncü qələbəsi olub. Bu görüşdən sonra hesabında üç qələbə, doqquz heç-heçə və bir məğlubiyyət olan Azərbaycan şahmatçısının aktivində 7,5 xal var. Növbəti turda, martı 27-sı Məmmədyarovun rəqibi Vladimir Kramnik (Rusiya) olacaq. Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir. Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.
Tarix
26 Mart 2018 [23:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin