Zakir Həsənov Türkiyəyə gedəcək

13:00 - 24 Mart 2018 - Xəbər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək. Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Xəbər xətti