Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı TƏFƏRRÜATLAR

22:15 - 21 Mart 2018 - HADİSƏ

Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar müəyyənləşib. "Report"un məlumatına görə, istirahət kompleksinin ərazisində yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan Elvin İsgəndərov Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır və həmin vaxt Tufandağ ərazisində axtarış əməliyyat tədbirləri həyata keçirərkən zədə alıb.  Çiyin və qol nahiyələrindən müxtəlif dərəcəli xəsarət alan şəxs artıq ambulator müayinəyə buraxılıb. 20:25 Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti