Goranboyda avtobus piyadanı vurub

12:30 - 20 Mart 2018 - HADİSƏ

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.  Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunda qeydə alınıb.  Belə ki, magistralın Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində ər-arvad yolu keçmək istəyirlərmiş. Bu zaman Bakıdan Gədəbəy rayonuna doğru hərəkət edən sərnişin avtobusu kişini vurub. Nəticədə Naftalan sakini, 1966-ci il təvəllüdlü Suliddin Qəmət oğlu Şərifov hadisə yerindəcə ölüb.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti