Ana səhifə
10 Dekabr 2018

"Ağ Yol" Vətəndaş Hərəkatı Prezident seçkisi ilə əlaqədar bəyanat verib

"Ağ Yol" Vətəndaş Hərəkatının 11 aprel Azərbaycanda keçiriləcək prezident seçkisi ilə əlaqədar BƏYANATI Azərbaycanın müstəqilliyinin qorunması, müstəqil siyasətin davam etdirilməsi, iqtisadi yüksəliş, sosial rifah, ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin əsas məqsədləridir. Azərbaycan sabit, güclü, demokratik, hüquqi dövlətdir və bütün parametrlərə görə regionda liderdir. Böyük iyirmiliyin sammitində iştirak, nüvə təhlükəsizliyi tədbrilərində böyük dövlətlərlə birgə müzakirə tərəfdaşı, regional sabitliyin qorunmasında əsas təminatçı ölkələrdən biri, beynəlxalq terrorizmlə mübarizə üçün dünya dövlətləri ilə birgə mübarizənin təşkilatçısı olması göstərir ki, Azərbaycan dünya siyasətinin əsas və aparıcı dövlətlərindən biridir. Azərbaycan regional inkişafın əsas dayağı olan ölkələrdən biridir. Böyük neft-qaz layihələrindən sonra Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryolu xəttinin açılışı Azərbaycanın böyük layihələrin reallaşmasında dünya üçün əvəzedilməz bir dövlət olduğunun göstəricisidir. Bütün bu nailiyyətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən indiyədək Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Artıq regionun aparıcı dövləti olan Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən etibarlı strateji tərəfdaşa çevrilmişdir. Azərbaycan bu gün demokratik modernizasiya və milli dəyərlərin harmoniyası ilə dünya üçün örnək olan ölkələrdəndir. Multikultural dəyərlər, mədəniyyətlərarası dialoq, tolerantlıq Azərbaycan cəmiyyətinin əsas aparıcı və prioritet xətlərindəndir. Bu gün Azərbaycan dünyanın toqquşan maraqlarının belə dialoq məkanlarından biridir. Azərbaycan paytaxtında dəfələrlə yüksək səviyyəli NATO-Rusiya, ABŞ-Rusiya danışıqları aparılır. Azərbaycan dövləti bu yüksək etimadı məhz Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanmışdır. Aparılan ictimai rəy sorğularının nəticələri göstərir ki, Azərbaycan seçicilərinin 80 %-dən çoxu ölkədə davamlı sosial – iqtisadi inkişaf və modernləşmə xəttinin davam etdirilməsinin tərəfdarıdır. Bütün bunları nəzərə alaraq, “Ağ Yol” Vətəndaş Hərəkatı, vətəndaşları Azərbaycan Respublikası Prezidenti seçkilərində ölkədə sosial dövlət quruculuğunun təminatçısı olan cənab İlham Əliyevə səs verməyə çağırır. “Ağ Yol” Vətəndaş Hərəkatı cənab İlham Əliyevin uğurlu inkişaf yoluna “DAVAM” deyir və bu gündən etibarən “Prezidentin 20 ən böyük uğuru” adlı kompaniyaya start verdiyini bəyan edir!
Tarix
19 Mart 2018 [17:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin