Ana səhifə
21 İyul 2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gücləndirilmiş iş rejimində işləyəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

“Report” nazirliyə istinadən xəbər verir ki, bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.

Bayram günlərində məsul növbətçilik təşkil edilməklə nəqliyyat və rabitə xidmətlərinin fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.

Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar Xətt"lə əlaqə saxlamaları xahiş olunur.

Tarix
19 Mart 2018 [17:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin