Qazaxda avtomobil 56 yaşlı kişini vuraraq hadisə yerindən qaçıb

12:50 - 19 Mart 2018 - HADİSƏ

Yaralının vəziyyəti ağırdır

Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Bala Cəfərli kənd sakini, 1962-ci il təvəllüdlü Rəhman Zəkəriyə oğlu Məmmədov yolu keçmək istəyən zaman naməlum avtomobil onu vurub və sürücü hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan R.Məmmədovu huşsuz vəziyyətdə yoldan keçən sakinlər gördükdən sonra Təcili Tibbi Yardım Stansiyasına və polisə məlumat veriblər.

Qazax Mualicə Diaqnoztika Mərkəzinin Reanimasiya şöbəsində müalicə olunan yaralının vəziyyətinin ağır olduğu bildirilir.
 

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti