İranda zəlzələ olub

10:56 - 19 Mart 2018 - DÜNYA

 İranın cənubunda yerləşən Buşehr əyalətində 5 bal gücündə zəlzələ olub. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar martın 19-da Bakı vaxtı ilə səhər saat 9 radələrində 11 km dərinlikdə baş verib. Zəlzələnin mərkəzi əyalətin Gonaveh rayonu olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yayılmayıb.

Xəbər xətti