Afrin terrorçulardan təmizlənib

11:22 - 18 Mart 2018 - DÜNYA

Azad Suriya Ordusunun bölmələri Suriyanın Afrin üzərində nəzarəti təmin edib. Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi xəbərə görə, ASO qüvvələri bu gün səhər saatlarında şəhərin PKK/YPG terrorçularından təmizlənməsi məqsədi ilə Afrinə şəhərin cənub-şərqindən daxil olmağa başlayıb. ASO qüvvələrinin irəliləyişi davam edərkən, şəhər mərkəzindən tez-tez silah və partlayış səsləri eşidilir. Bundan başqa, Türk döyüş təyyarələrinin də Afrin səmasında uçduğu müşahidə edilir. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti