Tovuz sakini naməlum şəxs tərəfindən döyülüb

10:37 - 18 Mart 2018 - HADİSƏ

Tovuzda döyülmə faktı qeydə alınıb.   Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, rayonun Bozalqanlı kənd sakini, 1960-cı il təvəllüdlü Mahmudov Əhməd Mahmud oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.   Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Ə. Mahmudov tanımadığı şəxs tərəfindən döyüldüyünü deyib.   Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti