Azərbaycan və İran arasında 8 saziş imzalandı - FOTO

14:53 - 14 Mart 2018 - SİYASƏT

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası başa çatıb.

"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki,iclasın sonunda iki ölkə arasında əməkdaşlıqla bağlı 8 saziş imzalanıb.  
 

Sənədlər neft-qaz, dəmir yolu, sənaye və səhiyyə sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur.
 

İclasın sonunda bildirilib ki, Azərbaycan və İran arasında əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub və bu iclasın keçirilməsini gələcəkdə iki ölkə arasında əlaqələrinin daha da inkişafı üçün yeni bir addım olduğu vurğulanıb.


Xəbər xətti